“Niqab geyinən şəxslər küçələrdə insanları qorxudurlar”.
Bizim.Media xəbər verir ki, bu barədə Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları üzrə Koordinasiya Mərkəzinin sədri İsmayıl Hacı Berdiyev bildirib.
Dağıstan müftisi niqab taxmağın qadağan edilməsi fonunda bildirib ki, bu baş geyimində olan insanlar respublika sakinlərini, xüsusən də ictimai nəqliyyatda sərnişinləri qorxudurlar.
Qeyd edək ki, ötən gün Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsi müəyyən edilmiş təhlükələr aradan qaldırılana və yeni teoloji nəticəyə qədər Rusiyada müasir şəraitdə niqab taxmağı qadağan edib.
Bizim.Media