Kürdə batan 2 nəfər xüsusi texnikalarla axtarılır – VİDEO  

Kürdə batan 2 nəfər xüsusi texnikalarla axtarılır – VİDEO  

Hazırda oxunan: Kürdə batan 2 nəfər xüsusi texnikalarla axtarılır – VİDEO  

200607

Xəbər verildiyi kimi, iyunun 2-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonunun Hunanlar kəndi ərazisində içərisində 3 nəfərin olduğu avtomobilin Kür çayına düşməsi barədə məlumat daxil olub və dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, həmçinin Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən axtarışlara başlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.  

Bildirilib ki, aparılan intensiv axtarışların nəticəsi olaraq, iyunun 9-da batan 3 nəfərdən birinin - 1992-ci il təvəllüdlü Cəfərov Vüqar Rəsul oğlunun meyiti dalğıclar tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Digər iki nəfərin - 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlu və 1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyn oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən müddət ərzində müşahidə olunan qeyri-sabit və əlverişsiz hava şəraitinə baxmayaraq fasiləsiz olaraq həyata keçirilib. 
Son həftələr ərzində yağan intensiv yağışlar nəticəsində Kür çayında suyun səviyyəsi və axının sürətinin xeyli artması, sualtı görüntü məhdudiyyəti nəzərə alınaraq, batdığı ehtimal olunan şəxslərin axtarışlarına SOCAR-ın Geofizika və geologiya idarəsinin xüsusi texniki vasitələri cəlb olunmaqla axtarış işləri birgə davam etdirilir. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO