Astanada ŞƏT-in sammitində Rəşid Behbudovun mahnısı SƏSLƏNDİRİLDİ - VİDEO

Astanada ŞƏT-in sammitində Rəşid Behbudovun mahnısı SƏSLƏNDİRİLDİ - VİDEO

Hazırda oxunan: Astanada ŞƏT-in sammitində Rəşid Behbudovun mahnısı SƏSLƏNDİRİLDİ - VİDEO

200439

Xəbər verdiyimiz kimi, Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb.

Bizim.Media xəbər verir ki, sammitin iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə Azərbaycanın əfsanəvi müğənnisi Rəşid Behbudovun ifa etdiyi “Ey Vətən” mahnısı səslənib.

Ziyafətdə Azərbaycanın dövlət başçısı İlham Əliyev də iştirak edib.  

Dillərdə əzbər olan nəğməni Qazaxstanlı müğənni Alişer Kərimov ifa edib. 

Xatırladaq ki, A.Kərimov sözügedən bəstəni bu il Şuşada keçirilən “Xarıbülbül” beynəlxalq musiqi festivalında da səsləndirib. 

Qeyd edək ki, “Ey Vətən” mahnısının musiqisi Elza İbrahimovaya, sözləri isə Aslan Abdullayeva məxsusdur. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO