Bakıda toyda başlayan dava qanla bitdi - VİDEO

Bakıda toyda başlayan dava qanla bitdi - VİDEO

Hazırda oxunan: Bakıda toyda başlayan dava qanla bitdi - VİDEO

200347

Paytaxtda baş verən bıçaqlanma hadisəsinin detalları məlum olub.

Bizim.Media xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsində, "Atçılıq" yaşayış massivində qonşular arasında düşən mübahisə zamanı 1995-ci il təvəllüdlü Amil Hikmət oğlu Cahangirov və onun atası, 1970-ci il təvəllüdlü Hikmət Əlihüseyn oğlu Cahangirov bıçaq xəsarətləri alıblar.

Hər iki yaralı ağır vəziyyətdə Sabunçu Rayon Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanların qohumu Zaur Kərimovun sözlərinə görə, qonşular arasında mübahisə toyda olub:

"Toydan sonra Amil və atası evlərinə gediblər. Onlarla dava edən şəxslər bunlara zəng edib, "söhbət"ə çağırıblar, özləri ilə də bıçaq gətiriblər. Atasına üç, Amilə isə altı bıçaq xəsarəti yetiriblər".
Ətraflı Baku TV-nin süjetində:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO