Yasamalda QƏZA: Sürücü maşında sıxılı vəziyyətdə qaldı - VİDEO

Yasamalda QƏZA: Sürücü maşında sıxılı vəziyyətdə qaldı - VİDEO

Hazırda oxunan: Yasamalda QƏZA: Sürücü maşında sıxılı vəziyyətdə qaldı - VİDEO

200310

Paytaxtın Yasamal rayonu ərazisində Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, Nazirliyə qəza zamanı vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “CHERY” markalı minik avtomobilinin idarəetməni itirməsi nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO