Dağıstanın paytaxtı Mahaçqala küçələrində yenidən atışma səsləri eşidilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı video görüntülər “Telegram” kanallarında yayılıb.
Məlumata görə, şəhərin Korkmasova küçəsində bir qrup şəxlə polis arasında atışma baş verib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları şəhər sakinlərindən evdə qalmağı və küçəyə çıxmamağı xahiş ediblər. Səsgücləndiricilərdən istifadə edən polis əməkdaşları sakinləri evlərini tərk etməməyi, küçədə olanları isə ərazini qısa zamanda tərk etməyi xahiş edib.
Bildirilib ki, şəhərin mərkəzi yolları bağlanıb və mülki şəxslər ərazidən uzaqlaşdırılıb.
Qeyd edək ki, hadisə baş verən ərazidə əlində silah olan bir kişi görünüb. Məhz bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə gəlib.
Bizim.Media