İyunun 23-də Dağıstanda baş verən terror aktının yeni görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, terrorçular arxadan atəş açaraq avtomatla iki polis əməkdaşını öldürüblər.
Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.
Terror aktları zamanı 4 mülki şəxs və 15-dən çox polis əməkdaşı həlak olub. İyunun 24, 25 və 26-sı Dağıstanda matəm günləri elan edilib.
Bizim.Media