DİN Bərdədə əməliyyat keçirdi: Saxlanılan var – FOTO/VİDEO  

DİN Bərdədə əməliyyat keçirdi: Saxlanılan var – FOTO/VİDEO  

Hazırda oxunan: DİN Bərdədə əməliyyat keçirdi: Saxlanılan var – FOTO/VİDEO  

198316

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş İbrahim İbrahimov saxlanılıb.

Bizim.Media xəbər verir ki, onun üzərindən marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə həmin şəxsin evinə də baxış keçirilib və oradan 4 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. 

Bundan başqa Qubadlıda yabanı halda bitən 2 tona yaxın çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-nın Qarabağ bürosuna verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib.

Tədbir zamanı Davudlu kəndinin ərazisində, Bazarçay çayının sahilindən yabanı halda bitən 2 tona yaxın 3895 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib. 
 







Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO