“Bəzi yerlərdə yaşıl rəngi islamla əlaqələndirilər və bunu islamın rəngi kimi təqdim edirlər. Və yaxud yas yerlərində insanlar əsasən qara rəngdən istifadə edirlər. Mərasimə gələn insanlar fərqli rəngdə giyinərlərsə ona qəribə baxırlar. Bu ənənə kimi günümüzə gəlib çıxıb”.
Bizim.Media xəbər verir ki, bunu ilahiyyatçı Elşad Miri deyib.
O bildirib ki, Quranda “islamın rəng” anlayışı yoxdur.
“İslamın rəngi yoxdur. Dinin rəngi olmaz. Çünki islam insanlara hansısa rəngi geyin və ya geyinmə tövsiyəsi vermir.
MÖVZU İLƏ BAĞLI:
“Elşad Mirinin bu fikirlərinə görə dindən çıxıram” - İlahiyyatçıdan etiraz VİDEO
Bəziləri deyir ki, guya peyğəmbər özü sarı və qırmızı rəngi sevməyib. Ona görə də kişilərin bu rəngdə geyinməsi qəbul edilmir. Bəziləri hətta bunun haram olduğunu söyləyir. Lakin bəzi rəvayətlərə baxdığda bu iddanın əksinin şahidi oluruq. Peyğəmbərin elə geyimlər geyindiyini görürük”.
İlahiyyatçının sözlərinə görə, rəng anlayışı xalqlara və millətlərə görə dəyişən məsələdir.
“Hər toplumun, xalqın özünəməxsus geyim adətləri var. II əsrə qədər Romanın özündə aristokratlar yas mərasimində qara rəngdən istifadə ediblər. Hindistan və Nepalda isə tam əksinə yası düşən insanlar ağ rəngdə geyinirlər."
"İslamda rəng anlayışı yoxdur. Ərəbistan yarmadasında həmişə ağ geyinməyə çalışıblar. Bu da Günəşlə əlaqədardır. Rəng anlayışı xalqlara millətlərə görə dəyişən məsələdir bunun islamla, Quranla əlaqəsi yoxdur”.
Bizim.Media