"Əgər kimsə xarici düşmən obrazı ilə diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, çox da uzaqgörən mövqe deyil".
Bizim.Media BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anatoli Qlaz deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyini nə qədər kənar oyunçular buna sövq etsə də, Minsk İrəvanla münasibətləri pisləşdirmək niyyətində deyil.
"Vəziyyətin inkişafını nəzərə alaraq, İrəvanda olan səfirimiz Aleksandr Konyuk yaxın vaxtlarda Minskə gələcək". deyə o, əlavə edib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Belarusdakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Bizim.Media