İsrail ordusu Livanın 17 kəndinə hücumlar zamanı istifadəsi dünya miqyasında qadağan edilmiş ağ fosfordan istifadə edib.
Bizim.Media xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
“İsrail ordusu Livanın cənubundakı ən azı 17 kəndə qarşı ağ fosforlu sursatlardan istifadə edərək, mülki əhalinin həyatını təhlükəyə atıb və onların bəzilərini evlərini tərk etməyə məcbur edib”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, ağ fosfor artilleriya mərmiləri, bomba və raketlərdə istifadə olunan kimyəvi maddədir. Oksigenə məruz qaldıqda alovlanır, ağır yanıqlara və ölümə, həmçinin uzunmüddətli və ciddi orqan zədələnməsinə səbəb olur.
Bizim.Media