Məşhur amerikalı müğənni Britni Spirs İnstagram səhifəsində açıq-sayıq video paylaşıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “korrespondent.net” saytı yayıb.
Mənbə yazır ki, ifaçı bədən fiqurasını göstərərək, narıncı rəngli bikinidə və neon çəhrayı rəngli dəniz paltarında rəqs edib.
Videonun altında Britni həyat tərzi haqqında yazıb. Xüsusilə qidalanma sirlərini bölüşüb və idman fəaliyyətlərindən danışıb.
"Sevgilimin çox isti bir bədənə sahib olduğunu nəzərə alaraq formaya düşməliyəm". Spirs bunun üçün çox çalışdığını və boksla məşğul olduğunu əlavə edib.
Müğənninin pərəstişkarları ona təriflər yağdırıblar. Gün ərzində yazı təxminən milyon bəyənmə toplayıb.
Bizim.Media