Yasamalda polislə sakin arasında qarşıdurmanın TƏFƏRRÜATI - VİDEO

Yasamalda polislə sakin arasında qarşıdurmanın TƏFƏRRÜATI - VİDEO

Hazırda oxunan: Yasamalda polislə sakin arasında qarşıdurmanın TƏFƏRRÜATI - VİDEO

19357

Yasamal rayonunda yol polisi ilə sürücü arasında yaranan mübahisə ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar ziddiyyətlidir, qərəzlidir.

Bizim.Media xəbər verir ki, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun verdiyi məlumata görə, aprelin 25-də paytaxtın “Şamaxinka” kimi tanınan ərazisində “Mersedes” markalı  90-RN-261 dövlət qeydiyyat nişanlı avtomobil davamlı olaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisi tərəfindən “Saxla” işarəsi verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Füzulidə polislə hərbçini vurub qaçanlar həbs edildi - FOTO


Polisin qanunu tələblərinə məhəl qoymayan 51 yaşlı Miradəm Nağıyevin idarə etdiyi avtomobil əraziyə çağırılan əlavə naryad qrupu tərəfindən yaradılan süni tıxacla dayandırılıb. Avtomobili tərk edərək qaçmağa cəhd göstərən sürücü saxlanılaraq Yasamal RPİ 29-cu Polis Şöbəsinə təhvil verilib.

Əlavə edim ki, sürücü qanunsuz əməlindən polisi yayındırmaq üçün bədən xəsarəti alması ilə bağlı təcili yardıma zəng vurub.

Qeyd edilən iddiaların təfərrütlarının araşdırılıması ilə bağlı ekspertiza təyin edilib. Hazırda polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO