Bakıda bu yolayrıcında sıxlıq azaldı - VİDEO

Bakıda bu yolayrıcında sıxlıq azaldı - VİDEO

Hazırda oxunan: Bakıda bu yolayrıcında sıxlıq azaldı - VİDEO

193039

Daha bir yolayrıcında sıxlığın azaldılması və hərəkət intensivliyinin artırılması ilə bağlı tədbirlər görülüb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Belə ki, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsində, Hüseyn Cavid prospekti ilə kəsişmədə əvvəllər sol zolaqda olan nəqliyyat vasitələri sola dönən zaman düzünə hərəkət edən avtomobillər svetoforun qırmızı işığında gözləməli olurdular.

Bu da yolda hərəkət intensivliyinin azalmasına və sıxlığın yaranmasına səbəb olurdu.

Ərazidə aparılan təhlillər nəticəsində həmin kəsişmədə Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə hərəkət edən nəqliyyat axınının intensivliyini artırmaq məqsədilə yolda olan svetoforun sola dönmə faza vaxtında düzünə hərəkətə icazə verilib.
Bununla da sol zolaqda olan nəqliyyat vasitələri sola dönərkən eyni vaxtda digər avtomobillər düzünə gedə biləcəklər.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO