Rusiyanın “Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb.
Bizim.Media xəbər verir ki, reportajda Qarabağda Rusiyanın sülhməramlı missiyasının başa çatdığı qeyd olunub.
“Artıq “Dağlıq Qarabağ” yoxdur və Laçın yolu ilə hərbi texnika deyil, tikinti materialları daşıyan mülki avtomobillər hərəkət edir. Artıq bizim sülhməramlıların missiyası da sona çatıb. Onlar ölkəni tərk edirlər. Artıq bu ərazilər tam təhlükəsizdir”, - deyə telekanalın müxbiri Yeqor Qriqoryev deyib.
O qeyd edib ki, 2020-ci ilə qədər bu ərazilərdə evləri görmək mümkün deyildi. Burada yeni evlər tikilib və pulsuz olaraq vətəndaşlara verilib:
“Hazırda əhali burada yaşayır və tikinti işlərində də özləri iştirak edirlər”.
Müxbir Laçında davam edən bərpa işlərindən danışıb. Keçmiş məcburi köçkün Oqtay
İsgəndərovla həmsöhbət olub.
Daha ətraflı videomaterialda:
- A-
- A
- A+
Multimedia
23:47 / 18.05.2024
Rusiya telekanalı Qarabağdan reportaj hazırlayıb - VİDEO
Hazırda oxunan: Rusiya telekanalı Qarabağdan reportaj hazırlayıb - VİDEO
Hazırda oxunan: Rusiya telekanalı Qarabağdan reportaj hazırlayıb - VİDEO
192815
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.