“Hazırda Xarkovu ələ keçirmək planımız yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Xarkov vilayətində rus qoşunlarının hücumu ilə bağlı mətbuat konfransı zamanı jurnalistlərin sualını cavablandırarkən deyib.
Putin bildirib ki, Rusiya hərbçiləri Belqorodun atəşə tutulmasını dayandırmaq üçün Xarkov istiqamətində sanitar zona yaradır və mövcud vəziyyətə görə Ukrayna hakimiyyəti günahkardır:
“Rusiya qoşunları Xarkov yaxınlığında ciddi şəkildə plana uyğun irəliləyir, Rusiya Federasiyasının sərhədyanı rayonları ilə bufer zonası yaradır. Rus qoşunlarının Xarkov vilayətində hücum əməliyyatına görə məsuliyyət Belqorodu atəşə tutan Ukrayna hakimiyyətinin üzərinə düşür”.
Bizim.Media