Ağdamın işğaldan azad olunmuş Sarıcalı kəndində aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlıqda nəşi tapılan Əliyev Hikmət Zili oğlu və Əzizov Məhərrəm İsmayıl oğlunun cənazəsi rayonun Quzanlı qəsəbə qəbristanlığında yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıblar.
Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, mərasimdə ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və çox sayda rayon sakinləri iştirak edib.
Dəfn mərasimində hərbi qarovul yaylım atəşi açıb.
Hər iki şəhid 1993-cü il iyulun 23-də, Ağdamın işğalı günündə həyatlarını itiriblər.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu