Yekaterinburq-Tbilisi reysi ilə uçan sərnişin təyyarənin göyərtəsində ölüb.
Bizim.Media ”Shot” teleqram kaanlına istyinadən xəbər verir ki, təyyarə havaya qalxmazdan əvvəl qadının halı pisləşib.
Bu səbəbdən uçuş 5 saatdan çox gecikib.
Hadisə şahidlərinin sözlərinə görə, qadın təyyarənin salonunda əlil arabasında olub və onun qəfildən ürəyi tutub. Hadisə yerinə təcili tibbi yardım briqadaları çağırılıb. Qadına bir neçə dəqiqə ürək masajı edilib, lakin heç bir nəticə verməyib və o, dünyasını dəyişib.
Bizim.Media