Ulu Öndərin şəxsi həkiminin xatirələri – Heydər Əliyevin ona ilk tapşırığı NƏ OLUB? – VİDEO 

Ulu Öndərin şəxsi həkiminin xatirələri – Heydər Əliyevin ona ilk tapşırığı NƏ OLUB? – VİDEO 

Hazırda oxunan: Ulu Öndərin şəxsi həkiminin xatirələri – Heydər Əliyevin ona ilk tapşırığı NƏ OLUB? – VİDEO 

191342

Ümummilli lider Heydər Əliyev SSRİ-nin ali rəhbərliyində olarkən onunla yaxın ünsiyyətdə olan bir çox insanlar olub. Həmin insanlardan biri də Ulu öndərin həkimi Aleksandr Borodkindir. O, Heydər Əliyevlə bağlı xatirələrini “moskva.Baku.ru” portal ilə bölüşüb.

Bizim.Media Aleksandr Borodkinin xatirələrini təqdim edir:

“Xəstəxanamızın baş həkimi mənə zəng edib dedi ki, səni Heydər Əliyevin həkimi təyin ediblər. 1987-ci ilin fevralı idi. Bir neçə gündən sonra məni Kremlə Heydər Əliyevin kabinetinə çağırdılar, tanış etdilər və onunla söhbət etdik. Onunun ilk tapşırığı bu oldu: 

“Siz mənim uşaqlarıma, nəvələrimə diqqət yetirməlisiniz. Bu, sizin əsas vəzifənizdir”. 

Etiraz etməyə və pediatr olmadığımı söyləməyə çalışdım.

"Fərq etməz, sən mənim həkimimsən, bütün bunları etməlisən"-deyib söhbətə nöqtə qoydu. İki həftə sonra biz Volqoqrada ezamiyyətə getdik Heydər Əliyevin oradakı performansı məni təəccübləndirdi. O, bütün günü ayaq üstə idi - səhərdən axşam saat yeddi-səkkizə qədər hərəkət edir, danışır, müəssisələrlə tanış olurdu. Və hər yerdə, hətta yolda belə ona tərəf yaxınlaşan insanlara diqqətlə qulaq asırdı. Sakinlər ona yaxınlaşa bilərdi, o da cavab verərdi, yəni ünsiyyətdən imtina etməzdi.

Bu bizim birlikdə ilk səfərimiz idi. Səfərdən dönərkən gülə-gülə məndən soruşdu ki, “mənimlə yol yoldaşı olmaq asandır?”

Bu müddət ərzində onun oğlu İlham və qızı Sevillə tanış oldum. Beləcə, onun məsuliyyət dairəsinə girməyə başladım.

Heydər Əliyevin hobbisi nə idi?

Heydər Əliyev çox oxuyur, rəsm çəkirdi. Təbii ki, ədəbiyyatı, rus ədəbiyyatını, incəsənətini yaxşı bilirdi. Puşkindən, Lermontovdan sitat gətirməyi sevərdi. Bir sözlə o çox yüksək intellektə sahib idi.
Onun böyüklükdə siyasətçilər ya yoxdur, ya da çox azdır. Onu kimsə ilə müqayisə etmək çətindir. Heydər Əliyev vəziyyəti tam aydın təhlil edə bilirdi”.
 


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO