Hakerlər Böyük Britaniya Müdafiə Nazirliyinin serverlərini sındıraraq məmurların və aktiv hərbi personalın məlumatlarını oğurlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Sky News" telekanalı yayıb.
Mənbə yazır ki, hökumət haker hücumunu həyata keçirən ölkənin adını çəkməyib. Lakin Sky News-un məlumatına görə, bu, Çindir.
Müdafiə naziri Qrant Şeppsin bu gün parlamentdə məlumat sızması ilə bağlı açıqlama verəcəyi gözlənilir.
Bizim.Media