İsrail ordusu “Hizbullah”ın iki komandirini MƏHV ETDİ - VİDEO

Hazırda oxunan: İsrail ordusu “Hizbullah”ın iki komandirini MƏHV ETDİ - VİDEO

188583

İsrail ordusu (SAXAL) Livanda fəaliyyət göstərən “Hizbullah” hərəkatının iki komandirinin öldürüldüyünü bildirib.

Bizim.Media xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu gün səhər saatlarında Livanın cənubuna endirilən raket zərbəsi nəticəsində “Hizbullah” hərəkatının hava hücumundan müdafiə qüvvələrinin strukturunda mühüm mövqe tutan Hüseyn Əli Azkul öldürülüb.

“Hüseyn Əli Azkulun öldürülməsi “Hizbullah” hərəkatının hava hücumundan müdafiə qüvvələrinin imkanlarına ciddi ziyan vurur”, - deyə məlumatda bildirilir.

Bundan başqa, SAXAL ötən gecə Arzun bölgəsində hərəkatın xüsusi təyinatlı qüvvələrinin yüksək rütbəli komandirlərindən biri olan Məhəmməd Xəlil Atiyanın da öldürüldüyünü iddia edib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO