Böyük Britaniyada Kraliça II Yelizavetanın ölümündən sonra ilk heykəlinin açılışı olub.
Bizim.Media xəbər verir ki, bu barədə xarici mətbuat yazıb.
Mənbə qeyd edir ki, hündürlüyü 2,1 m olan tunc heykəl Oakhamdakı kitabxananın yaxınlığında quraşdırılıb. Heykəl yerli sakinlərin ianələri ilə yaradılıb. Layihə 124 min dollara başa gəlib.
Xatırladaq ki, II Yelizaveta 8 sentyabr 2022-ci ildə vəfat edib. Onun 96 yaşı var idi. Oğlu Çarlz yeni Kral olub.
Bizim.Media