Sosial şəbəkələrdə Bakı şəhər Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində 2 sürücünün dava etməsi ilə bağlı görüntülər yayılıb.
DİN-in Mətbuat xidmətinin Bizim.Media-ya bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılıb və sürücülərin şəxsiyyəti müəyyən edilib:
“Paytaxtın Nərimanov rayonu ərazisində dünən iki sürücünün yaranan tıxacı nəzərə almadan avtomobillərini yolun hərəkət hissəsində saxlayaraq mübahisə etməsini əks etdirən görüntülər araşdırılıb. Sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar. Onların izahatları alınıb və xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Hazırda təhqiqat davam etdirilir”.
Bizim.media