“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.
Bizim.Media xəbər verir ki, bunu Heydər Əliyev adına Avrasiya Araşdırmaları Mərkəzinin direktor müavini Nəcibə Mustafayeva “TRT”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət maksimum siyasi iradə nümayiş etdirməli və Ermənistanı AES-in fəaliyyətini dayandırmağa məcbur etməlidir.
“Əvvəllər MAQATE və Aİ Metsamor atom elektrik stansiyasının təhlükəsizlik vəziyyətinin müasir tələblərə cavab vermədiyi qənaətinə gəliblər”, - deyə Nəcibə Mustafayeva əlavə edib.
Daha ətraflı videoda:
Bizim.Media