Bakıda yarım milyon manatlıq maşın qəza törətdi – FOTO/VİDEO 

Hazırda oxunan: Bakıda yarım milyon manatlıq maşın qəza törətdi – FOTO/VİDEO 

187885

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, qəza Yusif Səfərov küçəsində qeydə alınıb. 

“Mercedes Maybach” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanan “Leap Motors C11” markalı maşına çırpılıb. 
Zərbənin təsirindən “Maybach” deformasiyaya uğrayıb, “Leap Motors”da olan sərnişin xanım xəsarət alıb. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb ediliblər. 

“Maybach” markalı maşının sürücüsü sərxoşluğun yoxlanılması məntəqəsinə aparılıb. Hazırda faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, “Mercedes Maybach” markalı avtomobilin bazar qiyməti minimum yarım milyon manatdır. 
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO