Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “Ту-22М3” təyyarəsi döyüş tapşırığını yerinə yetirdikdən sonra öz aerodromuna qayıdarkən Stavropol diyarında qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, təyyarə Krasnoqvardeyski rayonu ərazisindəki əkin sahəsinə düşüb.
Təyyarənin pilotları katapult əməliyyatını həyata keçiriblər. Onlardan ikisi xəstəxanaya yerləşdirilib, biri axtarılır.
Məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.
Bizim.Media