DİN-dən XƏBƏRDARLIQ: Bank kart məlumatlarınız ələ keçirilir - VİDEO

Hazırda oxunan: DİN-dən XƏBƏRDARLIQ: Bank kart məlumatlarınız ələ keçirilir - VİDEO

187484

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, belə hallarla mübarizə istiqamətində Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən ictimai iaşə obyektlərinin və bankomatların ətrafında vətəndaşları, xüsusən təqaüd yaşına çatmış insanların kibermaarifləndirilməsi məqsədilə məlumatverici lövhələr quraşdırılıb.
Bu lövhələrdə kiberdələduzluqla məşğul olan cinayətkar şəxslərin ən çox istifadə etdiyi üsullar barədə ətraflı məlumat yerləşdirilib.

Daxili İşlər Nazirliyi bu hallara qarşı vətəndaşları diqqətli olmağa çağırır və qeyd edilən kibercinayətkarlıq halları ilə üzləşdikləri təqdirdə polisə məlumat vermələrini tövsiyə edir.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO