Gürcüstanda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanun layihəsinin parlamentin hüquq komitəsində müzakirə olunmasına etiraz olaraq nümayiş keçirilib.
Bizim.Media xəbər verir ki, aksiyadan görüntüləri “Sputnik Gürcüstan” yayıb.
Məlumata görə, Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qruplarının nümayəndələri parlament binasının qarşısına toplaşıblar.
Şəhər polisi bununla əlaqədar olaraq, Rustaveli prospektini tamamilə hərəkət üçün bağlayıb.
Qeyd edək ki, parlamentdə sözügedən qanun layihəsinin müzakirəsi davam edir.
Bizim.Media