Gürcüstanda parlament binası qarşısında aksiya KEÇİRİLİR - VİDEO 

Hazırda oxunan: Gürcüstanda parlament binası qarşısında aksiya KEÇİRİLİR - VİDEO 

187332

Gürcüstanda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanun layihəsinin parlamentin hüquq komitəsində müzakirə olunmasına etiraz olaraq nümayiş keçirilib.

Bizim.Media xəbər verir ki, aksiyadan görüntüləri “Sputnik Gürcüstan” yayıb.

Məlumata görə, Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qruplarının nümayəndələri parlament binasının qarşısına toplaşıblar.
Şəhər polisi bununla əlaqədar olaraq, Rustaveli prospektini tamamilə hərəkət üçün bağlayıb.

Qeyd edək ki, parlamentdə sözügedən qanun layihəsinin müzakirəsi davam edir. 
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO