Moskvada Rusiyaya casusluq etmiş keçmiş Ukrayna agentinin maşını PARTLADILDI – VİDEO 

Moskvada Rusiyaya casusluq etmiş keçmiş Ukrayna agentinin maşını PARTLADILDI – VİDEO 

Hazırda oxunan: Moskvada Rusiyaya casusluq etmiş keçmiş Ukrayna agentinin maşını PARTLADILDI – VİDEO 

186852

Moskvada Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlıq etmiş Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş əməkdaşı Vasili Prozorovun avtomobili partladılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

Belə ki, bomba “Toyota Land Cruiser” markalı avtomobilin altına yerləşdirilib. Partlayış nəticəsində sürücü ayağından xəsarət alıb və ona tibbi yardım göstərilir.
Faktla bağlı Rusiya Federasiyasının İstintaq Komitəsi adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb.

Qeyd edək ki, Prozorov bir neçə ilə əvvəl Rusiyaya köçüb. O daha əvvəl Ukrayna SBU-da xidmət etsə də, 2014-cü ildən etibarən Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edib. Prozorov Ukraynanın şərqindəki vəziyyətlə bağlı mütəmadi olaraq FSB-yə məlumat ötürüb. 
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO