İki gündür yağan leysan yağışlar nəticəsində Lerik rayonunu Yardımlı rayonu ilə birləşdirən yolun üzərindəki yeganə körpünü sel aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə yerli sakinlər sosial şəbəkədə məlumat paylaşıblar.
Bildirilib ki, Ağçay çayı üzərində vaxtilə dəmir borularla atılmış körpünün uçması nəticəsində leriklilərin bu istiqamətdən Yardımlı ilə əlaqəsi də kəsilib.
Bizim.Media