Ukrayna və Rusiya SÜLH BAĞLAYACAQ? – Lukaşenkodan AÇIQLAMA – VİDEO  

Ukrayna və Rusiya SÜLH BAĞLAYACAQ? – Lukaşenkodan AÇIQLAMA – VİDEO  

Hazırda oxunan: Ukrayna və Rusiya SÜLH BAĞLAYACAQ? – Lukaşenkodan AÇIQLAMA – VİDEO  

186782

“İstanbulda tərəflər ciddi irəliləyiş əldə ediblər”.

Bizim.Media “RBC.ru” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Məlumatda qeyd olunub ki, Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkonun Ukrayna ilə İstanbulda razılaşdırılmış müqaviləyə qayıtmaq təklifini qəbul edib.

Lukaşenko görüşdə bu fikirləri səsləndirib:

“Bir vaxtlar mənə verdiyiniz sənədi çıxarın, masanın üzərinə qoyun və onunla hərəkət edin”.

Məlumatda qeyd olunub ki, Putin bu sənədlə razılaşıb.

Lukaşenko hesab edir ki, bu, ağlabatandır, çünki sözügedən sənəd “Ukrayna üçün məqbul mövqeyə malikdir”. 
Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbul da daxil olmaqla bir neçə raund danışıqlar aparıblar. Rusiya prezidentin köməkçisi Vladimir Medinski tərəflərin irəliləyiş əldə etdiyini bildirib. Onun sözlərinə görə, Kiyev digər məsələlərlə yanaşı, təhlükəsizlik zəmanəti müqabilində Ukraynaya neytral status təklif edib. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO