"Crocus"a hücum edən şəxs: "Kiyevdə hər birimizə 1 milyon rubl verəcəkdilər" - VİDEO

Hazırda oxunan: "Crocus"a hücum edən şəxs: "Kiyevdə hər birimizə 1 milyon rubl verəcəkdilər" - VİDEO

186162

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada yerləşən və azərbaycanlı iş adamı Araz Ağalarova məxsus olan "Crocus City Hall"da baş verən terror aktının təşkilatçılarının üzə çıxarılması istiqamətində işini davam etdirir. 

Bizim.Media xəbər verir ki, Rusiyanın "Birinci Kanal" televiziyası hücum edənlərin ifadələrinin yer aldığı video paylaşıb. 

Hücum edənlərdən biri “Sayfullo bizə Ukraynaya, Kiyevə getməyimizi söylədi və dedi ki, orada bizə 1 milyon rubl verəcəklər" ifadəsini verib.

"Crocus" hücumunu təşkil etməkdə ittiham olunan şəxs də Ukrayna sərhədini keçməkdə onlara kömək vəd edildiyini bildirib:

“Kiyevə getməliydik. Orada hər birimizə 1 milyon rubl verəcəkdilər. Sayfullo deyib ki, Ukrayna sərhəddində bizi sərhədi keçib Kiyevə çatmağa kömək edəcək dostlar gözləyir. Koordinator dedi ki, mənə zəng edin, bundan sonra nə edəcəyinizi söyləyim”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO