Bayraktar KALKAN 30-cu uçuş sınağını tamamlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, PUA 14.500 fut yüksəkliyə qalxaraq 70 saatlıq uğurlu uçuş müddətini geridə qoyub.
Qeyd edək ki, şaquli olaraq qalxıb enə bilən uçuş aparatı uçma-enmə zolağına ehtiyac olmadan baza bölgələrində və üzən platformalarda asanlıqla missiya uçuşları həyata keçirə bilir.
Bizim.Media