Türkiyədə bələdiyyə seçkiləri zamanı baş verən qarşıdurma nəticəsində 2 nəfər ölüb, 10-dan çox insan yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Anadolu Agentliyi yayıb.
Mənbə yazır ki, insidentlərdən biri ölkənin cənub-şərqində yerləşən Diyarbəkir vilayətində baş verib.
Qəsəbələrdən birində məhəllə muxtarının seçilməsi ilə bağlı mübahisə davaya çevrilib, daha sonra daş, dəyənək və hətta odlu silahdan istifadə olunub.
“Sabah”ın məlumatına görə, ölkənin qərbində yerləşən Bursa vilayətində növbəti qanlı qarşıdurma baş verib. 32 yaşlı Yusuf Yiğit kənd muxtarı vəzifəsinə irəli sürülən iki qohumundan birinin əvəzinə alternativ namizədi dəstəkləyib. Bu onun əmisi oğullarının xoşuna gəlməyib və qohumunu güllələyiblər.
Bizim.Media