Gecə saatlarından başlayaraq şimal bölgəsinin dağlıq ərazilərinə qar yağmağa başlayıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gecə dumanlı havadan sonra Quba və Qusarın dağlıq ərazilərinə də qar yağıb.
Qubanın Xınalıq kəndi də yenidən ağ libasa bürünüb.
Yerli sakinlərin sözlərinə görə, kəndə 10 sm-dən çox qar yağıb və hazırda yağıntı davam edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu