Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Belqorodda Rusiya hərbçilərinə qarşı terror aktları hazırladığı iddia edilən ölkə vətəndaşını saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya FSB-si məlumat yayıb.
“Belqorod vilayətində Rusiya hərbçilərinə qarşı terror aktları hazırlayan Rusiya vətəndaşı saxlanılıb. Saxlanılan şəxsin üzərindən partlayıcı qurğu aşkar edilib. Faktla bağlı təxribat, qeyri-qanuni partlayıcı saxlama, təxribat hazırlamaq və terror aktı törətməyə cəh maddələri ilə cinayət işi açılıb”, - FSB-nin açıqlamasında bildirilir.
Bizim.Media