Türkiyənin ilk milli təyyarə mühərriki TEI-TF6000 Turbofan Mühərriki ilk dəfə işə salınıb.
Bizim.Media xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi naziri Prof. Dr. Haluk Görgün məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyənin “Kaan” döyüş təyyarəsi görünməz olacaq
“Vətən övladlarının gücü sayəsindəTürkiyənin ilk Milli Turbofan Mühərriki TF6000 ilk dəfə test sistemində işə salınıb. Test prosesinin sonunda KIZILELMA və ANKA-3 güclərini TF6000-dən alacaqlar!”, - deyə nazir qeyd edib.
Bildirilib ki, bu mühərriklə Türkiyə təyyarə mühərriki texnologiyasına yetişmiş olacaq.
Bizim.Media