İctimai televiziya artıq bir neçə həftədir Xankəndidən reportajlar təqdim edir. İllərlə uzaq qaldığımız Xankəndidə televiziyanın əməkdaşları hər dəfə maraqlı hadisələrlə rastlaşırlar.
Bizim.Media xəbər verir ki, çəkiliş qrupu bu dəfə Aydın Əliyev adlı xankəndilini öz evinə aparıb.
O, 2 il əvvəl elə Xankəndisiz günlərindən danışmışdı.
Qeyd edək ki, Aydın Əliyev Xankəndidə cinayətkar Robert Koçəryanla qonşu olub. Onlar birlikdə böyüyüblər. O zaman bilməyib ki, eyni məhəllədə böyüdüyü Koçəryan sonradan caniyə çevriləcək.
Beləliklə, 35 il sonra evinə gedən Aydın Əliyev Xankəndi xatirələrindən söz açır.
Daha ətraflı süjetdə:
Bizim.Media