Fevralın 27-də Yeni Kaledoniyanın paytaxtı Numeada məhkəmə qarşısında Fransanın müstəmləkəçilik siyasətinə qarşı növbəti etiraz aksiyası keçirilib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, etirazçılar Fransa hakimiyyəti tərəfindən saxlanılmış fəalların azadlığa buraxılmasını tələb ediblər.
Xatırladaq ki, 21 fevral tarixində Fransanın daxili işlər və dənizaşırı naziri Gerald Darmaninin Yeni Kaledoniyaya səfəri zamanı Yeni Kaledoniyada etiraz aksiyası keçirilib. Həmin etiraz aksiyası zamanı Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan bir neçə fəal Fransa polisi tərəfindən həbs edilib.
Fevralın 27-də baş tutmuş aksiyada “Siyasi Məhbuslara Azadlıq” başlıqlı bəyanat yayılıb.
Bəyanatda Fransanın beynəlxalq hüquqa hörmət etmədiyi, insan hüquqları ölkəsi olmadığı qeyd edilib və həbs edilmiş bütün siyasi məhbusların azadlığa buraxılması tələb edilib.
Bu aksiyada da həmişə olduğu kimi ölkəmizə hörmət əlaməti olaraq, Azərbaycan bayrağı dalğalandırılıb.
Bizim.Media