Yunanıstan XİN rəhbəri Ankarada qalmaqal yaratdı - VİDEO

Yunanıstan XİN rəhbəri Ankarada qalmaqal yaratdı - VİDEO

Hazırda oxunan: Yunanıstan XİN rəhbəri Ankarada qalmaqal yaratdı - VİDEO

17996

“Türkiyə ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin pozitiv bir mühitdə keçirilməsini arzu edirik, lakin yunan həmkarım Türkiyə haqqında qəbuledilməz ittihamlar etdi. Cənab Dendiasın mətbuatın önündə millətimizi, dövlətimizi ağır şəkildə ittiham etməsini qəbul etmirəm”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Ankarada səfərdə olan Yunanıstan XİN başçısı Nikos Dendiasla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Yunanıstan Türkiyə ilə savaşa hazırlaşır?


İki ölkə arasında əlaqələrin müsbət həlli yolunda davam edən mətbuat konfransının sonunda N.Dendiasın “əgər Türkiyə Yunanıstanın suverenliyini pozmağa davam edərsə, bizim ittihamlarımız təkrar gündəmə gələcək”, - deyə işlətdiyi ifadələrə M.Çavuşoğlu etiraz edib.

M.Çavuşoğlu Türkiyənin sərhədləri pozmadığını vurğulayıb:

“Kiprdə atdığımız addımlar hüquqlarımızı müdafiə etməyə hədəflənib. Buraya gəlib, Türkiyəni ittiham etsəniz, bunların cavabını verərəm.

Siz Türkiyəni günahlandırmağa çalışırsınız. Mən bunları qəbul etmərəm. İkitərəfli olaraq baxış fərqliliklərimizi azaltmağa və əməkdaşlığı inkişaf etdirməyə hazırıq. Amma mətbuat önündə mənə və millətimə ağır ittihamlar irəli sürsəniz, mən də bunun cavabını vermək məcburiyyətindəyəm”.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO