Lukaşenkodan ermənilərə tövsiyə:

Lukaşenkodan ermənilərə tövsiyə: "Qəfil hərəkətlər etməyin" - VİDEO

Hazırda oxunan: Lukaşenkodan ermənilərə tövsiyə: "Qəfil hərəkətlər etməyin" - VİDEO

179918

Belarus prezidenti Aleksandr Lukaşenko erməni tərəfinə tələsməməyi və qəfil hərəkətlər etməməyi tövsiyə edib. O, Ermənistanın Fransa ilə təmaslarına diqqət çəkib.

Bizim.Media xəbər verir ki, bu barədə Belarus lideri yerli jurnalistlərə açıqlamasında danışıb.

“Ermənilər Fransada Emmanuel Makronla daim əlaqə saxlayırlar. Sonra ard-arda bəyanatlar verirlər: Fransa Ermənistana hava hücumundan müdafiə sistemləri ötürəcək, hərbi sahəyə və iqtisadiyyata kömək edəcək. Ümumiyyətlə, Paris İrəvanı çiyninə alıb daşıyacaq. Ancaq heç kim heç kimi daşıya bilməyəcək. Yəqin Fransada baş verənləri görürsünüz. Ona görə də İrəvandakı siyasətçilər ayılmalı və məşhur sözlə desək, sahib olduqlarını itirməməlidirlər”, - Belarus prezidenti media ilə söhbəti zamanı belə deyib.
O, Gürcüstanı misal çəkib:

“Şükür Allaha, normal münasibətlər qurulur, ilk növbədə Rusiya və bizimlə, iqtisadiyyatları yüksəlir. Artıq amerikalılar da Gürcüstanı unudub. Gürcülər müstəqil və suveren ölkə kimi hərəkətə başlayanda Qərb onlara təzyiq etdi. O cümlədən ABŞ. Deməli bundan nəticə çıxarmalıyıq. Onlar Qərbə lazım deyillər. Qərbin özünün minlərlə problemi var”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO