Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizli şəhərində skripkada ifa edən tələbə ilə Çanaqqala türküsü oxuyub.
Bizim.Media xəbər verir ki, həmin anın görüntülərini Türkiyə Prezident Administrasiyasının kommunikasiya direktoru Fahrettin Altun sosial media hesabında paylaşıb.
Ərdoğan Dənizli proqramı zamanı avtobusunda skripkada ifa edən konservatoriya tələbəsi ilə söhbət edib, tələbədən təhsili və ailə vəziyyəti ilə bağlı məlumat alıb.
Bizim.Media