Azərbaycanın humanizmə sadiqlik nümunəsi - İrpendən REPORTAJ - VİDEO 

Azərbaycanın humanizmə sadiqlik nümunəsi - İrpendən REPORTAJ - VİDEO 

Hazırda oxunan: Azərbaycanın humanizmə sadiqlik nümunəsi - İrpendən REPORTAJ - VİDEO 

178909

Sözü imzası qədər dəyərli olan Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasəti artıq Ukrayna cəmiyyətinə də yad deyil. Çünki Rusiya-Ukrayna müharibəsinin elə ilk günlərindən Azərbaycan dövləti humanitar yardımlara başladı və bu siyasət intensiv şəkildə davam etdirilir.

Xüsusilə ölkəmiz İrpen şəhərinin bərpasında və yenidən qurulmasında yaxından iştirak edir. Bu, Azərbaycan humanizm ideallarına sadiqlik nümunəsidir. 

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində İrpen şəhər meri Oleksandr Markuşin bildirib. 

O deyib ki, hazırda Azərbaycanla İrpenin bərpası ilə bağlı 4 layihə üzrə iş aparılır. 

“Əlbəttə, Azərbaycan xalqına, Prezident İlham Əliyevə, səfirliyə və SOCAR şirkətinə şəhərimizin bərpasına göstərdikləri böyük köməyə görə təşəkkür etmək istəyirəm. SOCAR şirkətinin vəsaiti və Azərbaycanın Ukraynadakı səfirliyinin yardımı ilə akademik Zərifə Əliyeva adına 12 saylı “Linqvist” liseyi bərpa edilib.

2023-cü ildə bu liseydə bina tam olaraq soyuqdan izolyasiya edilib, güclü dizel generatoru quraşdırılıb, sığınacaq tikilir. Artıq nəticələr var və yazda İrpenin klinikasının əsaslı təmirinə başlanılacaq. Binanın dam örtüyünün, pəncərələrinin dəyişdirilməsi, daxili hissəsinin təmiri və klinikanın izolyasiyası işləri görüləcək”, - deyə mer əlavə edib. 

Azərbaycan hökuməti ilə İrpenin bərpasına dair 4 layihə üzərində işlədiklərini söyləyən mer qeyd edib ki, buraya uşaq-gənclər idman məktəbi, mərkəzi mədəniyyət evi, yeni uşaq yaradıcılıq mərkəzi və Qostomel şossesi, həmçinin 3 saylı ünvanda böyük yaşayış binasının inşası daxildir. 

Oleksandr Markuşin bildirib:

“Biz bu layihələr üzərində işləyirik və artıq sazişlər var. Onlar Azərbaycan tərəfindən maliyyələşdiriləcək. Buna görə çox minnətdaram. Biz öz tərəfimizdən maksimum dəstək və yardım göstərəcəyik. Bizim üçün bu, qəhrəman şəhərimiz İrpenin bərpasına Azərbaycan xalqının əvəzsiz töhfəsidir”. 
Qeyd edək ki, Ukraynanın İrpen şəhərində akademik Zərifə xanım Əliyeva adına 12 saylı “Linqvist” liseyinin girişi yeni tərtibatda hazırdır. Burada görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın, Zəfərimizin simvolu olan “Xarıbülbül”ün və üçrəngli Bayrağımızın təsvirləri də var. 
 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO