Üç il əvvəl (14.02.2021) ölkə başçısı İlham Əliyev tərəfindən təməli qoyulmuş Horadiz – Ağbənd dəmir yolu xəttinin tikinti işlərinin 48%-i uğurla tamamlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.
Bildirilib ki, hazırda ADY-nin işçi qatarları sözügedən dəmir yolu xəttinin Həkəri stansiyasına kimi hərəkət edə bilirlər.
Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xətti üzrə: - 9 stansiya;
- Dəmir yollarının ən uzun – 23 aşırımlı, 771 metr uzunluğunda körpüsü;
- Müstəqillik dövründə qapalı üsulla tikilən ilk dəmir yolu tuneli;
- Ümumilikdə isə 500-ə yaxın süni mühəndis qurğusunun tikintisi həyata keçirilir.
Bizim.Media