Rusiyanın paytaxtı Moskvanın Şeremetyevo hava limanında qeydiyyata gecikən kişi təyyarəyə buraxılmadığına görə insident törədib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Yuseltsev adlı şəxs təyyarəyə buraxılmadığına görə qəzəblənib və “Pobeda” nümayəndələrinin şüşəsini sındırıb.
Belə ki, o, uçuş üçün qeydiyyat bitdikdən təxminən bir saat sonra gəlib və bu səbəbdən reysə buraxılmayıb.
Bundan dərhal sonra sərnişin “Pobeda” nümayəndələrinin yanına gedib. O, əvvəlcə onların üstünə qışqıraraq şikayətlərini bildirib, sonra isə özündən çıxıb və nümayəndəliyin şüşələrini sındırıb.
Məlumata görə, aviaşirkət əməkdaşlarından heç biri xəsarət almayıb. Davakar sərnişin tezliklə saxlanılıb və onu 500 rubla qədər cərimə gözləyir.
Bizim.Media