Moskvada uçuş üçün qeydiyyata gecikən kişi hava limanında şüşələri sındırdı – VİDEO  

Hazırda oxunan: Moskvada uçuş üçün qeydiyyata gecikən kişi hava limanında şüşələri sındırdı – VİDEO  

177780

Rusiyanın paytaxtı Moskvanın Şeremetyevo hava limanında qeydiyyata gecikən kişi təyyarəyə buraxılmadığına görə insident törədib. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Yuseltsev adlı şəxs təyyarəyə buraxılmadığına görə qəzəblənib və “Pobeda” nümayəndələrinin şüşəsini sındırıb. 

Belə ki, o, uçuş üçün qeydiyyat bitdikdən təxminən bir saat sonra gəlib və bu səbəbdən reysə buraxılmayıb.

Bundan dərhal sonra sərnişin “Pobeda” nümayəndələrinin yanına gedib. O, əvvəlcə onların üstünə qışqıraraq şikayətlərini bildirib, sonra isə özündən çıxıb və nümayəndəliyin şüşələrini sındırıb. 
Məlumata görə, aviaşirkət əməkdaşlarından heç biri xəsarət almayıb. Davakar sərnişin tezliklə saxlanılıb və onu 500 rubla qədər cərimə gözləyir. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO