Fransada qadınlar da ETİRAZLARA BAŞLADI – VİDEO 

Hazırda oxunan: Fransada qadınlar da ETİRAZLARA BAŞLADI – VİDEO 

177370

Fransanın paytaxtı Parisdə ölkədə artan qadın ölümləri ilə bağlı etiraz nümayişi keçirilib. 

Bizim.Media xəbər verir ki, aksiyada iştirak edən qadınlar son bir neçə ildə zorakılıq nəticəsində həyatını itirən qadınların adlarının yazıldığı banerlər daşıyıb, onların xatirəsinə şamlar yandırıblar. 

Etirazçılar hökuməti tezliklə lazımi tədbirlər görməyə çağırıblar: 

“Fransa 2024-cü ildə olmağımıza baxmayaraq, hələ də bir kişinin iki-üç gündə bir qadını öldürdüyü ölkədir. Biz hakimiyyəti artan qadın ölümləri ilə bağlı tədbirlər görməyə çağırırıq. İlk növbədə, həyatını itirən qadınları hörmətlə anırıq. Onların adlarını banerlərə qeyd etmişik. Aksiyamız, həmçinin, hökumətə yönəlib.

Onlar bu hadisələrin azalması istiqamətində işlər görmürlər. Bu gün bura qurbanlara yaxın olduğumuzu göstərmək üçün toplaşmışıq. Zorakılığı aradan qaldırmaq üçün real siyasət yeritməliyik. Bunun üçünsə 2,6 milyard avro tələb edirik”- deye aksiya iştirakçıları açıqlamalarında qeyd edirlər. 
Aksiya iştirakçıları həmçinin deyirlər ki, nə ölkə prezidenti Makronun siyasi iradəsi var, nə də qadınlara qarşı zorakılığın bütün formaları ilə mübarizə üçün kifayət qədər resurs ayırmır. Qeyd edək ki, son 7 ildə Fransada 900 qadın zorakılıq səbəbindən həyatını itirib. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO