Məşhur "McDonald’s" fast food restoranları şəbəkəsinin Yaponiyada yerləşən filiallarında yeniliyə imza atılıb.
Bizim.Media xəbər verir ki, restoranlardakı bütün ictimai ayaqyollarında mobil telefonları dezinfeksiya edən qurğu quraşdırılıb.
Cihaz olduqca sadə mexanizmlə işləyir. Belə ki, ayaqyolunda əllər yuyularkən kənarda yerləşdirilən xüsusi bölməyə smartfonlar yerləşdirilir.
Əllər yuyulub qurudulduqda cihazda quraşdırılmış UV şüaları işə düşür. Beləcə, mobil telefonlar təmizlənir.
Daha ətraflı videoda:
Bizim.Media