Polis Abşeronda əməliyyat keçirdi: Saxlanılanlar var – VİDEO  

Polis Abşeronda əməliyyat keçirdi: Saxlanılanlar var – VİDEO  

Hazırda oxunan: Polis Abşeronda əməliyyat keçirdi: Saxlanılanlar var – VİDEO  

175219

Abşeronda ötən gün keçirilən tədbirlər zamanı 13 ədəd odlu silah əməliyyat yolu ilə aşkar edilib, 27 ədəd ov tüfəngi polis əməkdaşlarına təhvil verilib, 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. 

Bizim.Media DİN-ə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hüquqpozmalara qarşı ötən gün növbəti əməliyyat və profilaktik tədbirlər keçirilib.

Narkotiklərə qarşı keçirilən 17 əməliyyat zamanı 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.  

Ceyranbatan qəsəbəsində vətəndaşlara qarşı soyğunçuluq edən əvvəllər məhkum olunmuş Samir Məmmədov də saxlanılaraq məsuliyyətə cəlb olunub. 
Narkotiklərin satışını təşkil edən Abşeron rayon sakini Araz Alxasovdan isə 1 kiloqrama yaxın heroin, metamfetamin, eləcə də 20 ədəd metadon həbi aşkar olunub. Qobu qəsəbəsində mənzillərdən oğurluq edən Zakir Salmanov da qeyd edilən tədbirlərin nəticəsi olaraq saxlanılıb.

Taksi fəaliyyəti adı altında narkokuryerlik edən Azər Ağakişiyevin idarə etdiyi “Toyota Prius” markalı avomobildən 4 kiloqramdan çox marixuana aşkar olunub.

Abşeron rayonunda müxtəlif vaxtlarda 20 avtomobilin şüşəsini qıraraq oğurluq edən Sabirabad rayon sakini Ümid Mirzəyev də tədbirlərin nəticəsi olaraq saxlanılıb. Rayon ərazisində oğurluqlar və müxtəlif cinayət törətdikləri üçün axtarışda olan 5 nəfər saxlanılıb, “isti izlərlə” 20 cinayətin üstü açılıb. 
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO